Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Liverpul” səfərdə “Arsenal”la qarşılaşıb. London təmsilçisi bu rəqiblə səfər oyunundan qolsuz heç-heçə ilə ayrılmışdı. Amma cavab matçında “topçular” məğlubiyyətə üzülüblər. Dioqo Jotanın dublu “Liverpul”u finala çıxarıb.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunda ilk finalçı daha öncədən bəlliydi. “Tottenhem”i iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) üstələməyi bacaran “Çelsi” finaldakı rəqibini gözləyirdi.
Beləliklə, İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə “Liverpul” komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma fevralın 27-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunu
20 yanvar
Arsenal – Liverpul 0:2 (ilk oyun 0:0)
Qol: D.Jota, 19; 79.


