“İnter” əzmkar qələbə ilə 1/4 finalda – İtaliya kubokunda

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Parma” ilə qarşılaşıb. Oyunda hesabı “Parma” açıb. Lakin 38-ci dəqiqədə Milan təmsilçisini cəzalandıran qonaqlar bu üstünlüyü 88-ci dəqiqədə əldən veriblər. Beləcə, qarşılaşmanın əsas vaxtı heç-heçə bitib. Əlavə vaxtda daha bir qol vuran “İnter”, 1/8 finala vəsiqə qazanıb.

Mərhələnin qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya Kuboku
1/8 final
10 yanvar

İnter – Parma 2:1
Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

00:00. Milan – Torino

12 yanvar

21:00. Fiorentina – Sampdoriya
00:00. Roma – Cenoa

17 yanvar

00:00. Napoli – Kremoneze

19 yanvar

18:00. Atalanta – Spetsiya
21:00. Latsio – Bolonya
00:00. Yuventus – Montsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: