“İnter” “Atletiko” ilə ÇL oyununa itkilərlə çıxacaq

“İnter” Madrid “Atletiko”su ilə Çempionlar Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində səfər oyununa itkilərlə çıxacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Neradzurri”nin iki futbolçusu – braziliyalı sol yarımmüdafiəçisi Karlos Auqusto və avstriyalı mərkəz hücumçusu Marko Arnautoviç zədələnib.

Futbolçular martın 11-də ixtisaslaşdırılmış müəssisədə tibbi müayinədən keçiblər. Tibbi müayinənin nəticələrinə əsasən, Arnautoviçə sağ budunda əzələ dartılması, Auqustoya isə sağ ayağının baldır əzələsində dartılma diaqnozu qoyulub. Hər iki futbolçunun yaxın günlərdə təkrar müayinədən keçəcəyi vurğulanır. Məhz bundan sonra futbolçuların zədəsinin ağırlıq dərəcələri müəyyənləşəcək.

“İnter” “Atletikio” ilə Çempionlar Liqasının 1/8 finalının cavab oyununu martın 13-də Madriddə keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, Milanda keçirilmiş ilk oyunda “neradzurri” “döşəkçilər”i 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: