“İnter” Dalberti yenidən icarəyə verdi

İtaliyanın “İnter” klubu braziliyalı müdafiəçisi Dalberti yenidən icarəyə göndərib. Arena.az xəbər verir ki, milanlılar 27 yaşlı futbolçunu bu dəfə “Kalyari”yə icarəyə veriblər.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Dalbertin 2021/22 mövsümünün sonuna qədər “Kalyari”də çıxış edəcəyi diqqətə çatdırılıb. Sardiniya təmsilçisi mövsümün sonunda braziliyalı oyunçunun transfer hüquqlarını almaq şansına da malikdir.

Braziliyalı futbolçu 2017-ci ildən “İnter”də çıxış edir. Milan təmsilçisi ötən mövsüm Dalberti Fransanın “Renn” komandasına, ondan əvvəlki mövsüm isə “Fiorentina”ya icarətə vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: