İtaliyanın “İnter” klubu iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, ingiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.
Qeyd edək ki, 2017-ci ildən “İnter”in formasını geyinən Padelli, bu komandada cəmi 9 matça çıxıb. 35 yaşlı qapıçı əvvəlki klublarından “Udineze”yə qayıdıb. O, daha öncə “Torino”, “Bari”, “Avellino”, “Piza”, “Liverpul”, “Krotone” kimi komandalarda da forma geyinib.
Eşli Yanq isə 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edirdi. İngilis futbolçu da bundan sonra ölkəsinin “Aston Villa” komandasında oynayacaq. O, 2007-2011-ci illər aralığında da bu klubun uğurları üçün çalışıb. 35 yaşlı vinger “Mançester Yunayted” və “Uotford”da da çıxış edib.




