“İnter Mayami” “Əl-Nəsr”lə birgə turnirdə iştirakını təkzib etdi

MLS təmsilçisi “İnter Mayami” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası ilə birgə turnirdə iştirak ilə bağlı məlumatları təkzib edib.

Arena.az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən məlumat verir.

“Bu gün “İnter Mayami”nin “Riyadh Season Cup” turnirində iştirak edəcəyi açıqlanıb. Bu məlumat həqiqətə uyğun deyil. İsmarışda komanda sahibi Xorxe Masla bağlı ifadələr yer alıb. Mas mövsümöncəsi turla bağlı açıq və ya özəl hər hansı şərh verməyib.

“İnter Mayami” təsis edildiyi ilk gündən qlobal brend olmağı qarşısına məqsəd qoyub. Bu məqsədlə 2024-cü il üçün mövsümöncəsi tur cədvəlini müəyyən etmək üçün danışıqlar aparırıq. Biz oyunçularımızı “İnter Mayami”nin yaxın həftələrdə elan ediləcək ilk beynəlxalq turunda iştirak etməyini səbirsizliklə gözləyirik”, – klubun rəsmi bəyanatında deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: