“İnter Mayami” elan edildiyi vaxtdan 17 gün sonra komandanın Çin turnеsini ləğv etdiyi haqda məlumatı açıqlayıb.
Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.
İlkin məlumata görə, bir neçə gündür ki, biletlərin satışında fəsadlar yarandığına görə belə bir qərarın verilməsi ilə bağlı şayiələr dolaşır.
MLS təmsilçisi Çin turnesi çərçivəsində noyabrın 3-də “Sindao Haynyu”, noyabrın 8-də isə “Çendu Junçen” ilə qarşılaşmalı idi. Çinli təşkilatçılar turnenin ləğvini Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Ketsyanın vəfatı ilə izah ediblər.
“Turun təşviqçisi NSN, “İnter Mayami”yə Çindəki gözlənilməz hallar səbəbindən Çinə turnenin ləğv edildiyini bildirdi. “İnter Mayami”, dünyanın hər yerindən inanılmaz azarkeşlər qarşısında oyunlar oynayaraq, böyük varlığını artırmaq iddialarına davam edir. Klub NSN ilə birlikdə gələcəkdə bu məqsədə çatmaq üçün imkanları araşdırmağa davam edəcək”, – “İnter Mayami”nin rəsmi açıqlamasında deyilir.
Turnenin ləğvi “İnter Mayami”nin 36 yaşlı argentinalı superulduzu, hücumçu Lionel Messi üçün əlavə çətinliklər yaradıb. Belə ki, Çindəki oyunlar Leo üçün Argentina yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uruqvay yığmasına və noyabrın 21-də Braziliya millisinə qarşı keçirəcəyi görüşlərdən əvvəl, oyun təcrübəsini təmin etmək məqsədi daşıyırdı.
“İnter Mayami”nin təqvimində daha, cari il üçün nəzərdə tutulmuş oyunlar yoxdur. “Vağlar” mövsümdə son rəsmi oyununu MLS-in müntəzəm çempionatının sonuncu tutu çərçivəsində, oktyabrın 21-də “Şarlott”a qarşı keçiriblər. Messi həmin oyunu axıra qədər oynayıb.


