İtaliya nəhəngi “İnter” və məşhur “Nike” tərəfdaşlıq razılaşmasını daha səkkiz il müddətinə – 2031-ci ilə qədər uzadıblar.
Arena.az bu barədə “İnter”in mətbuat xidmətinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Nike” ilə əməkdaşlıq “İnter”ə mövsümdə ən azı 26 milyon avro qazandıracaq. Milanlılar satılan məhsulların sayından asılı olaraq, daha 3 milyon avro qazanc əldə edə biləcəklər.
2022/2023 mövsümündə “neradzurri” “Nike” ilə ortaqlıqdan təxminən 12,5 milyon avro qazanıb.
Xatırladaq ki, “İnter” və “Nike” 1998-ci ildən – artıq 25 ildir ki, əməkdaşlıq edirlər.
Maraq üçün qeyd edək ki, “İnter” İtaliya çempionatında amerikan brendinin oyun forması istehsal etdiyi yeganə klubdur.


