Futbol üzrə İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
“Milan” “Kalyari” səfərindən 3 xalla dönüb. “Napoli” isə bu turda “Udineze” üzərində qələbəyə sevinib.
Ötən tur xal itirən “İnter” bu dəfə “Fiorentina” ilə qarşılaşıb. Milan təmsilçisi doğma meydanda baş tutan bu qarşılaşmada da xal itkisi ilə üzləşib.
Turun mərkəzi oyunu Romada olacaq. Burada paytaxtın iki təmsilçisi – “Roma” və “Latsio” üz-üzə gələcək. İlk dövrədə keçirilən oyunda “qartallar” 3:2 hesablı qələbə qazanmışdı. Hazırda turnir cədvəlində qonşu olan komandaları bir-birindən 1 xal ayırır. “Latsio” 49 xalla 5-ci, “Roma” isə 48 xalla 6-cı pillədə qərarlaşıb.
İtaliya A Seriyası
30-cu tur
18 mart
Sassuolo – Spetsiya 4:1
Qol: Berardi, 17; 48. K.Ayhan, 78. Skamakka, 81 – Verde, 36.
Cenoa – Torino 1:0
Qol: Portanova, 14.
19 mart
Napoli – Udineze 2:1
Qol: Osimhen, 52; 63 – Deulofeu, 22.
İnter – Fiorentina 1:1
Qol: Dumfris, 55 – L.Torreyra, 50.
Kalyari – Milan 0:1
Qol: Bennaser, 59.
20 mart
15:30. Venetsiya – Sampdoriya
18:00. Empoli – Verona
18:00. Yuventus – Salernitana
21:00. Roma – Latsio
23:45. Bolonya – Atalanta


