“İnter” “Yuventus”a doğma meydanda uduzdu

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“İnter”lə “Yuventus” yarımfinalın ilk görüşü çərçivəsində Milanda üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matçda Turin təmsilçisi qələbəyə sevinən tərəf olub.

Digər yarımfinal matçı “Napoli” ilə “Atalanta” arasında baş tutacaq.

Yarımfinalın cavab görüşləri fevralın 9-10-na nəzərdə tutulub.

İtaliya kuboku
Yarımfinal
2 fevral

İnter – Yuventus 1:2
Qol: L.Martines, 9 – Ronaldo, 26-pen; 35.

3 fevral

23:45. Napoli – Atalanta