“İnter”dan əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

Lider “İnter” bu turda “Venetsiya”nı qəbul edib. Milan təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.

“Cenoa” – “Udineze” matçında qapılara qol vurulmayıb. “Atalanta” isə “Latsio” ilə səfər oyunundan 1 xalla qayıdıb.

“Roma” “Empoli” səfərinə yollanacaq. Turun mərkəzi görüşü Milanda olacaq. “Yuventus” burada “Milan”la qarşılaşacaq.

İtaliya A Seriyası
23-cü tur
21 yanvar

Verona – Bolonya 2:1
Qol: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.

22 yanvar

Cenoa – Udineze 0:0

İnter – Venetsiya 2:1
Qol: Barella, 40. Dzeko, 90 – Henri, 19.

Latsio – Atalanta 0:0

23 yanvar

15:30 Kalyari – Fiorentina
18:00 Napoli – Salernitana
18:00 Spetsiya – Sampdoriya
18:00 Torino – Sassuolo
21:00 Empoli – Roma
23:45 Milan – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: