“İnter”in baş məşqçisi Simone İnzaqi “Latsio” ilə İtaliya Super Kubokunun yarımfinalı çərçivəsində qarşıdakı oyundan danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Super Kubok mövsümün ilk hədəfidir, biz onu son iki ildə qazanmışıq və yenidən qazanmaq istəyirik. Amma “İnter”dən başqa, eyni iddiaları olan “Napoli”, “Fiorentina” və “Latsio” da var.
Müsbət dalğada olan və qalib gəldiyimiz son oyunda bizə çətinlik yaratmış “Latsio” ilə qarşılaşmalı olduğumuzu bilərək, əlimizdən gələni etməyə çalışacağıq. Tərtibat dəyişib, bu, bizdən başlayaraq, hər kəs üçün yenidir, məşqçilər: oyun haqqında düşünməli olacağıq, bilirik ki, əlavə vaxt olmayacaq, ona görə də penaltilərə hazırlaşacağıq”, deyə İnzaqi bildirib.
Xatırladaq ki, komandalar arasında bu gün, yanvarın 19-da, Səudiyyə Ərəbistanında “Əl-Avval Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“İnter” İtaliya Super Kubokunun son iki mövsümünün qalibidir. 2021-ci ildə İnzaqinin komandası “Yuventus”u 2:1 hesabı ilə məğlub edib, 2022-ci ildə isə “Milan” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.


