İqor Tudor: “Real”a məğlubiyyətdən nəticə çıxaracağıq”

“Yuventus”un baş məşqçisi İqor Tudor 2025-ci il FIFA Klub Dünya Kubokunun “Real”la 1/8 final oyununu (0:1) şərh edib.

Arena.az “TuttoMercatoWeb” dərgisinə istinadən, 47 yaşlı xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Oyunçularımı təbrik etmək istəyirəm, onlar oyun planına riayət edirdilər. Oyunçularım bütün güc-qüvvələrini verdilər, onlar dünyanın ən yüksək səviyyəli komandaları ilə oyunlarda bacardıqlarını etdilər və bunlardan nəticə çıxaracaqlar. Bizə yaxşıca dincəlmək və işimizi davam etdirmək gərəkdir. Biz “Real”ın nə qədər güclü olduğunu bilirdik, amma bizə, bir neçə fürsət yaratmaq müyəssər oldu. Bizə ağır idi, amma bu adi haldır”, deyə İqor Tudor bildirib.

Beləliklə “Yuventus” klublararası dünya çempionatı ilə vidalaşıb. “Real”ı isə yarışın 1/4 final mərhələsinə yüksəlib və burada Dortmund “Borussiya”sı ilə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: