İqor Tudor: “Roma”ya qalib gələ bilərdik”

“Yuventus”un baş məşqçisi İqor Tudor İtaliya A Seriyasının 31-ci turunun “Roma” ilə səfər oyununu (1:1) şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mənə birinci hissə çox xoş gəldi – biz fəal surətdə hücum edirdik, bir neçə yaxşı məqam da yaratdıq. Fasilədən sonra “Roma” özünün oyun tərtibatını dəyişdi və tez bir zamanda künc zərbəsindən sonra qol vurdu. Amma biz oyunun sonluğunu yaxşı keçirdik və mümkün ki, qalib gələ də bilərdik. Biz həmişə qalib gəlmək istəyirik, amma “Roma”nın son yeddi oyunda qalib gəldiyini nəzərə alsaq, bu heç-heçə bizə əminlik bəxş edir. Biz düzgün yolddayıq”, deyə İqor Tudor vurğulayıb.

31 oyundan 56 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Roma” isə 53 xalla 7-ci pillədədir.

A Seriyasına 68 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: