İqor Tudor: “Vidad”la oyunda erkən qol köməyimizə çatdı”

“Yuventus”un baş məşqçisi İqor Tudor 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Vidad”la 2-tur oyununu (4:1) şərh edib.

Arena.az “Yuventus”un rəsmi saytına istinadən, 47 yaşlı xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu oyun “Əl-Əyn”lə oyundan (5:0) bir qədər fərqli alındı, üstəlik, həm də ona görə ki, oyun günün başqa vaxtında başladı, bu da oyunun tezliyini ləngitdi. Rəqib yaxşı hazırlaşmışdı, amma erkən qolumuz bizə kömək oldu. Amma futbolda heç nəyi belə də olmalıdır kimi qəbul etmək olmaz, hətta iki-üç qol üstünlüyünə malik ikən belə, mən diqqətimi qoruyub-saxlayıram. Oyunçularım əla oynayaraq, ardıcıl iki qələbə qaznıblar. Bu gün onlar xüsusi şam yeməyindən zövq alacaqlar, axı buna layiqdirlər.

İndi biz “Mançester Siti” haqda düşünürük, bizi əla bir komanda ilə oyun gözləyir”, deyə İqor Tudor vurğulayıb.

2 turdan sonra “Yuventus”un yer “G” qrupunda yarış cədvəli belə bir mənzərə yaradır:

  1. “Yuventus” – 6 xal;
  2. “Mançester Siti” – 6 xal;
  3. “Vidad” – 0;
  4. “Əl-Əyn” – 0.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: