Bu gün futbol üzrə İspaniya Kubokunda 2023/2024-cü il mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Malyorka” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Tərəflər arasındakı ilk oyunda qapılara qol vurulmayıb.
Digər yarımfinal görüşü sabah “Atletiko” ilə “Atletik” arasında keçiriləcək.
Xatırladaq ki, İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları fevralın 28-də və 29-da keçiriləcək.
İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
6 fevral
Malyorka – Real Sosyedad 0:0
7 fevral
00:30. Atletiko – Atletik


