İspaniya kubokunun qalibi bəlli oldu

Futbol üzrə İspaniya kubokunun 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici matçda “Betis” və “Valensiya” komandaları qarşılaşıb.

Matçın əsas vaxtı heç-heçə bitib. Hesabı “Betis” açsa da, “Valensiya” elə ilk yarıdaca bərabərlik qolunu vurmağı bacarıb. Manuel Pelleqrininin komandası rəqibini penaltilərdə üstələyib.

Bu, “Betis”in 3-cü belə tituludur. Klub 1977 və 2005-ci illərdə də kubokun qalibi olub.

İspaniya kuboku
Final
24 aprel

Betis – Valensiya – 1:1 (penaltilər 5:4)
Qol: İqlesias, 11 – Duro, 30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: