İspaniya millisi ötən gecə futbol üzrə dünya çempionatlarının pley-off mərhələsində 16 ildən sonra ilk qələbəsini əldə edib.
Arena.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda DÇ-2026-nın 1/16 finalında Avstriyanı 3:0 hesabı ilə məğlub edərək bu uğura imza atıb.
Beləliklə, ispanlar 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında qazandıqları çempionluqdan sonra ilk dəfə mundialın pley-off mərhələsində qalib gəliblər.
İspaniya yığması 2014-cü il dünya çempionatında qrup mərhələsini keçə bilməmişdi. Bu komanda DÇ-2018-in 1/8 finalında Rusiya ilə əsas və əlavə vaxtı qolsuz başa çatmış görüşdə penaltilər seriyasında məğlub olmuşdu. İspanlar DÇ-2022-də isə eyni mərhələdə Mərakeşə yenə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdılar.
Beləliklə, Avstriya üzərindəki 3:0 hesablı qələbə İspaniya millisinin mundialın pley-off mərhələsində 2010-cu ildən bəri ilk qalibiyyəti kimi tarixə düşüb.
İspaniya millisi DÇ-2026-nın 1/8 finalında Portuqaliya yığması ilə qarşılaşacaq.


