Artıq məlum olduğu kimi, İspaniya millisi AÇ-2024-ün finalında İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, çempionluğu qazanıb.
Arena.az xatırladır ki, Luis de la Fuentenin rəhbərlik etdiyi “qırmızı qəzəb” Avropa çempionatları tarixində bir yarışda vurulmuş qolların sayı üzrə mütləq rekord müəyyənləşdirib.
İspaniya yığması AÇ-2024-də keçirdiyi 7 oyunda rəqiblərinin qapısına 15 dəfə yol tapıb.
“Qırmızı qəzəb” qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) və fialda AÇ-2020-ni finalçısı İngiltərə (2:1) yığması üzərində qələbə qazanıb.
Bu, İspaniyanın Avropa çempionatları tarixində 4-cü zəfəridir. Müvafiq nəticə mütləq rekorddur. İspaniya millisi buna qədər AÇ-1964, AÇ-2008 və AÇ-2012-nin qalibi olmuşdu.


