Futbol üzrə İspaniya Super Kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, ikinci yarımfinal görüşündə “Betis” və “Barselona” komandaları qarşılaşıblar.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Tərəflər əlavə vaxtda da qalibi müəyyənləşdirə bilmədiyinə görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” finala vəsiqə qazanıb.
Xatırladaq ki, ilk yarımfinal görüşündə də Madrid “Real”ı “Valensiya” ilə oyunda penaltilər seriyasından qalib ayrılaraq həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, yanvarın 15-də baş tutacaq final matçında “Real” və “Barselona” komandaları üz-üzə gələcəklər.
Onu da qeyd edək ki, artıq ardıcıl dördüncü ildir İspaniya Super Kuboku dörd komandanın iştirakı ilə yanvar ayında, mövsümün tam ortasında Səudiyyə Ərəbistanında keçirilir. “Real”la “Barselona” ötən mövsüm La Liqada ilk iki pilləni tutan komandalardır. “Betis”lə “Valensiya” isə İspaniya kubokunun ötən mövsümünün finalçılarıdır.
İspaniya Super Kuboku
Yarımfinal
11 yanvar
Real – Valensiya 1:1 (penaltilər 4:3)
Qol: Benzema, 39-pen – S.Lino, 46.
12 yanvar
Betis – Barselona 2:2 (penaltilər 2:4)
Qol: Fekir, 77. Moron, 101 – Levandovski, 40. Fati, 93.


