Futbol üzrə İspaniya Super Kubokunda ilk yarımfinal qarşılaşması baş tutub. Arena.az xəbər verir ki, ilk oyunda Madrid “Real”ı ilə “Valensiya” komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər əlavə vaxtda da qalibi müəyyənləşdirə bilmədiyinə görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid “Real”ı finala vəsiqə qazanıb.
Digər yarımfinal oyununda “Betis” və “Barselona” komandaları qarşılaşacaqlar.
Xatırladaq ki, artıq ardıcıl dördüncü dəfədir İspaniya Super Kuboku dörd komandanın iştirakı ilə yanvar ayında, mövsümün tam ortasında Səudiyyə Ərəbistanında keçirilir. “Real”la “Barselona” ötən mövsüm La Liqada ilk iki pilləni tutan komandalardır. “Betis”lə “Valensiya” isə İspaniya kubokunun ötən mövsümünün finalçılarıdır.
İspaniya Super Kuboku
Yarımfinal
11 yanvar
Real – Valensiya 1:1 (penaltilər 4:3)
Qol: Benzema, 39-pen – S.Lino, 46.
12 yanvar
23:00. Betis – Barselona


