Futbol üzrə İspaniya Super Kuboku uğrunda kişilər və qadınlar arasında yarışlar çərçivəsində oyunlarda əlavə vaxt ləğv edilib.
Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi saytına istinadən məlumat verir.
İspaniya Kral Futbol Federasiyasının bəyanatında, müvafiq tədbirin bu yarışlarda iştirak edən klubların futbolçuların iş yükünü azaltmaq istəyini təmin etmək məqsədilə atıldığı vurğulanıb.
İndi komandalar oyunun əsas vaxtını heç-heçə ilə başa vursalar, qalib birbaşa olaraq penaltilər silsiləsində müəyyənləşəcək.
Xatırladaq ki, İspaniya Super Kuboku 2025-ci il yanvarın 8-dən 12-dək keçiriləcək. Bu yarışda Bilbao “Atletik”i – “Barselona” və “Malyorka” – “Real” cütləri mübarizə aparacaqlar.


