Bu gün keçirilmiş bir oyunla futbol üzrə İspaniya Super Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun Bilbao “Atletik”i ilə “Barselona” arasında baş tutub.
Kataloniya təmsilçisi bu oyunda inamlı qələbə qazanmaqla ilk finalçı olub.
Qeyd edək ki, İspaniya Super Kubokunda digər finalçının adına sabah keçiriləcək “Real” – “Malyorka” matçında müəyyənləşəcək.
İspaniya Super Kuboku
Yarımfinal
8 yanvar
Atletik – Barselona 0:2
Qollar: Qavi, 17. Lamin Yamal, 52.
9 yanvar
23:00. Real – Malyorka


