Futbol üzrə İspaniya Super Kubokunun qalibi bəlli olub. Arena.az xəbər verir ki, həlledici görüşdə “Real” və “Atletik” komandaları üz-üzə gəlib.
Madrid və Bilbao təmsilçiləri arasında qarşılaşma Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunub. Qarşılaşma Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb. İlk hissədə Modriçin sayəsində hesabı açan paytaxt klubu, fasilədən sonra Benzemanın penalti qoluna sevinib. Matçın sonlarında “Real”ın heyətində Eder Militao meydandan qovulsa da, Bilbao təmsilçisi say üstünlüyündən yararlana bilməyib. Bununla da “Real” tarixində 12-ci dəfə İspaniya Super Kubokunun qalibi olub. 3 dəfə bu mükafatı qazanmış “Atletik” isə üçüncü dəfə də məğlubiyyətə üzülüb. İspaniya Super Kubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Barselona”dır – 13 dəfə.
İspaniya Super Kuboku
Final
16 yanvar
Atletik – Real 0:2
Qol: Luka Modriç, 38. Kərim Benzema, 52-pen.


