İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti Avropa Məhkəməsinin Avropa Super Liqası və UEFA ilə bağlı qərarına dair bəyanat yayıb.
Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.
“Avropa İttifaqı Ədalət Məhkəməsinin Super Liqa adlanan iş üzrə verdiyi qərardan sonra İtaliya Futbol Federasiyası UEFA və FIFA-nın yuxarı orqanları ilə əlaqəsini tam olaraq tanıyaraq,
idman ləyaqətinin və beynəlxalq təqvimlərə hörmətin daha geniş və daha ümumi prinsipini müdafiə edərək, milli çempionatları qorumaq üçün sadiq fəaliyyətini bir daha təsdiqləyir.
Bu səbəblərə görə, milli qanunlara və beynəlxalq qaydalara uyğun olaraq, FIGC hesab edir ki, Super Liqa bu şərtlərə uyğun bir layihə deyil və həmişə İtaliya futbolunun ümumi maraqlarını güdərək, bütün yerlərdə fəaliyyət göstərəcək”, – İtaliya Futbol Federasiyasının rəsmi saytında bildirilir.
Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır. Hazırda Super Liqada cəmi iki iştirakçı var – “Real” və “Barselona”. Bu iki İspaniya nəhəngi Super Liqa ideyasının əsas mənbəyidir.


