İtaliyanın “Spetsiya” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə yarımmüdafiəçi Nauel Estevesdən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. O, dərhal karantinə alınıb.
“Spetsiya”da bu yaxınlarda daha iki futbolçunun koronavirus aşkarlandığı açıqlanmışdı. Onlardan birinin qapıçı İvan Provedel olduğu məlumdur.
Qeyd edək ki, “Spetsiya” növbəti matçını aprelin 20-də doğma meydanda “Kalyari”yə qarşı keçirəcək.


