Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son oyunda “Yuventus”la “Salernitana” komandaları üz-üzə gəliblər. Turin təmsilçisi doğma meydanda rəqibinə böyük hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, daha öncə “Latsio”, “Fiorentina”, “Frozinone”, “Bolonya”, “Milan”, “Atalanta” və “Roma” da 1/4 finala vəsiqə qazanmışdılar.
İtaliya Kuboku
1/8 final
5 dekabr
Latsio – Cenoa 1:0
6 dekabr
Fiorentina – Parma 2:2 (penaltilər 4:1)
19 dekabr
Napoli – Frozinone 0:4
20 dekabr
İnter – Bolonya 1:2
2 yanvar
Milan – Kalyari 4:1
3 yanvar
Atalanta – Sassuolo 3:1
Roma – Kremoneze 2:1
4 yanvar
Yuventus – Salernitana 6:1
Qollar: Miretti, 12. Kambiaso, 35. Ruqani, 54. Bronn, 75-öz qapısına. K.Yıldız, 88. Vea, 90+1 – İkvuemesi, 1.
Artıq İtaliya Kubokunda 1/4 final mərhələsində hansı komandaların üz-üzə gələcəyi də məlumdur. Yanvarın 9-da və 10-da keçiriləcək oyunlarda aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Fiorentina” – “Bolonya”
“Latsio” – “Roma”
“Milan” – “Atalanta”
“Yuventus” – “Frozinone”


