İtaliya kubokunun qalibi bəlli oldu!

Futbol üzrə İtaliya kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda “Yuventus” və “İnter” komandaları üz-üzə gəlib.

Qarşılaşmada hesabı Milan təmsilçisi açsa da, fasilədən az sonra turinlilər ardıcıl iki qol vurmaqla önə keçiblər. Lakin “İnter” sona 10 dəqiqə qalmış yenidən hesabı bərabərləşdirib. Əsas vaxtda başqa qol qeydə alınmadığından əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha iki qol vuran “İnter” İtaliya kubokunun qalibi olub. Milan təmsilçisi tarixində 8-ci dəfə buna nail olub. Daha öncə bu komanda 1939, 1978, 1982, 2005, 2006, 2010 və 2011-ci illərdə kuboku başı üzərinə qaldırmışdı. Bu baxımdan “İnter” yalnız “Yuventus” və “Roma”dan geri qalır. Turin təmsilçisi 14, paytaxt klubu isə 9 dəfə İtaliya kubokunda hamıdan güclü olub.

İtaliya kuboku
Final
11 may

Yuventus – İnter 2:4
Qol: A.Sandro, 50. Vlahoviç, 52 – Barella, 7. H.Çalhanoğlu, 80-pen. Perişiç, 98-pen; 102.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: