İtaliyanın maliyyə polisi klubların, qeyri-qanuni sərmayə qazanmasında şübhəli bilindiyi üçün “İnter” və “Roma”nı nəzarətə götrürüb.
Arena.az “Football Italia” dərgisinin “Tuttosport” dərgisinə istinadı əsasında məlumat verir ki, İtaliya polisi hazırda “İnter” və “Roma”nın iştirak etdiyi 12 transfer sövdələşməsini araşdırır.
Mənbənin məlumatına görə, bu iki klubdan başqa, “Sassuolo”, “Atalanta” və “Napoli”nin də transferləri araşdırılır. Roma prokurorluğu artıq müvafiq sənədləri digər şəhərlərdəki həmkarlarına göndərib.
Vurğulanır ki, istintaq ələlxüsus “canavarlar”ın iştirakı ilə köçürmələrdə saxta şirkət hesabatları ilə bağlı qanun pozuntularına diqqət yönəldib. Xüsusi nəzarət altında 2017-ci ildən 2021-ci ilə qədər aparılmış əməliyyatlar var. Məsələn, paytaxt klubundan “Sassuolo”ya keçmiş Radja Nainqqolan və həmçinin eyni istiqamətdə göndərilmiş Davide Frattezinin transferləri də araşdırılır.


