İtaliya Super Kuboku: “İnter” də darmadağınla finala çıxdı

Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş İtaliya Super Kuboku uğrunda ikinci yarımfinal qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, sonuncu finalçı “İnter” və “Latsio” komandaları arasında keçirilmiş oyunda müəyyənləşib.

Rəqibini 3 cavabsız qolla məğlub edən Milan təmsilçisi yenidən finalda oynamaq hüququ qazanıb.

Xatırladaq ki, daha öncə İtaliya A Seriyasının sonuncu qalibi “Napoli” də “Fiorentina”nı 3 cavabsız qolla məğlub edərək finala yüksəlmişdi.

Beləliklə, İtaliya Super Kuboku uğrunda həlledici oyunda son ölkə çempionu “Napoli” ilə son iki mövsümdə super kubokun qalibi olmuş “İnter” üz-üzə gələcəklər. Final görüşü yanvarın 22-də keçiriləcək. Həmin oyuna da Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

İtaliya Super Kuboku
Yarımfinal
18 yanvar

Napoli – Fiorentina 3:0
Qollar: Simeone, 22. Zerbin, 84; 86.

19 yanvar

İnter – Latsio 3:0
Qollar: Türam, 17. H.Çalhanoğlu, 49. Frattezi, 87.

Xəbəri sosial şəbəkələrdə paylaş: