Kalabriya mafiyası Marsel “Olimpik”inin baş məşqçisi, italyan mütəxəssis Cennaro Qattuzonun ailəsindən pul tələb edir.
Arena.az bu barədə Fransanın “Ekip” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Qattuzonun atası sahib olduğu torpaq sahəsinə fotoelektrik panellər quraşdırmağı planlaşdırıb. Bu layihə üçün o, 80 min avro məbləğində maliyyə alıb.
Cinayətkarların Qattuzonun atasından pul tələb etdikləri və qızı İda Elvira Qattuzonun avtomobilini iki dəfə – oktyabr və dekabr aylarında yandıraraq ona təzyiq göstərməyə çalışdıqları iddia edilir.
Bundan sonra Qattuzonun atası polisə müraciət edib və hüquq-mühafizə orqanları müvafiq araşdırmaya başlayıblar. Hazırda iki nəfərin saxlanıldığı məlumdur.
Xatırladaq ki, Qattuzo 2023-cü ilin sentyabrından Marsel “Olimpik”ini çalışdırır. Mütəxəssisin fransız klubu ilə müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.


