“Torino”nun və Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliç bundan sonra İtaliyanın digər klubu “Leççe”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Leççe”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Sözügedən klub 25 yaşlı futbolçunu icarəyə götürüb. İcarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Müqaviləyə əsasən, “Leççe” serbiyalı oyunçunun transfer hüquqlarını satın almaq imkanına malikdir.
İvan İliç 2023-cü ildən “Torino”da çıxış edir. O, 2025/2026-cı illər mövsümündə 8 matçda forma geyinib. Yarımmüdafiəçinin bu klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
İliç əvvəllər İtaliyanın “Verona”, Niderlandın “NAK Breda” və ölkəsinin “Zemun” komandalarında da çıxış edib.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 7 milyon avro qiymətləndirir.


