Jan Onana “Beşiktaş”ı Marsel “Olimpik”inə dəyişdi

Futbol üzrə Kamerun milli komandasının dayaq yarımmüdafiəçisi Jan Onana Türkiyənin “Beşiktaş” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Fransanın “Olimpik” (Marsel) klubuna keçib.

Bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Marsel klubu Onananı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Jan Onana peşəkar karyerasına Portuqaliyanın “Leyşoyş” klubunda başlayıb. Fransanın “Lill”, “Bordo” və “Lans”, Belçikanın “Muskron” klublarında da oynamış dayaq yarımmüdafiəçisi “Beşiktaş”a 2023-cü ilin iyul ayında azad agent kimi qoşulmuşdu. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kamerunlu futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir.

Onana Kamerun yığmasında 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: