Jerar Pike: “Barselona” yaşamaq uğrunda mübarizə aparır”

“Barselona”nın sabiq mərkəz müdafiəçisi Jerar Pike Kataloniya klubundakı vəziyyətlə bağlı fikirlərini paylaşıb.

Arena.az “Diario AS”a istinadən Pikenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İqtisadi vəziyyət bir qədər narahatedicidir, ən yaxşısı deyil, amma biz etibarlı əllərdəyik. Prezident və onun ətrafı artıq oxşar vəziyyətdən çıxmalı olublar, bu, o qədər də çətin deyil. Onlar cəsarətlidirlər və nə etdiklərini bilirlər. Klub ən yaxşı vəziyyətdə deyil, yaşamaq uğrunda mübarizə rejimindədir. Amma eyni zamanda, “Barsa”da başa düşürlər ki, titullar qazanmalıdırlar, rəqabət aparmalıdırlar. Amma iqtisadi cəhətdən, onlar kifayət qədər rəqabətədavamlı deyillər. Baxaq, görək qarşıdakı aylarda nə baş verəcək”.

Xatırladaq ki, Jerar Pike ötən mövsümdə “Barselona”nın heyətində 10 oyuna çıxıb və karyerasını başa vurub. Ümumilikdə Pike “Barselona” ilə 616 oyuna çıxıb, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike İspaniya yığmasının heyətində dünya və Avropa çempionluğunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: