La Liqanın lideri “Jirona”nın idman direktoru Kike Karsel bildirib ki, klubun mövsüm üçün əsas məqsədi hələ də dəyişməyib.
Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir ki, Kataloniya təmsilçisi növbəti mövsüm İspaniya çempionatında iştirakına zəmanət vermək üçün çalışır:
“Mövsümə başlamazdan əvvəl qarşımıza hansı hədəfi qoymuşduq və indi hansı məqsəd üçün çalışırıq? Məqsədimiz mövsüm başlamazdan əvvəl olduğu kimi – qeydiyyatımızı saxlamaqdır. Biz doğru yolda qalmalıyıq. Turnir cədvəlində birinci yerdə olmağa davam etsək, qarşımıza daha yüksək hədəflər qoyacağıq.
Sağlığımızı təmin etmək üçün 42 xal toplamaq lazımdır – bu, əldə edilməli olan ilk məqsəddir. Bunu edən kimi avrokuboklara düşməyə çalışacağıq – bu, bizim üçün əla nəticə olardı. Ancaq yenə də deyirəm, biz yerimizdə qalmalı və oyunlar haqqında düşünməliyik”, deyə Karsel bildirib.
Xatırladaq ki, Liqanın 13 turundan sonra “Jirona”nın 34 xalla yarış cədvəlinə başçılıq edir.


