Bu gün futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mərhələnin ikinci oyunu “Malyorka” və “Jirona” komandaları arasında baş tutub.
Beş qolun qeydə alındığı bu oyunda sevinən tərəf “Malyorka” olub. La Liqada möhtəşəm mövsüm keçirən və zirvədə qərarlaşmış “Jirona” mübarizəni dayandırıb.
“Atletik” – “Barselona” matçı da məhsuldar alınıb. Əlavə vaxta gedən və 6 qolun vurulduğu görüşün yekununda son İspaniya çempionu məğlubiyyətə üzülüb. İddialı rəqibi üzərində inamlı qələbəyə sevinən Bilbao təmsilçisi adını yarımfinala yazdırıb.
İspaniya Kubokunda 1/4 final mərhələsinin qalan bir oyunu bu gün keçiriləcək.
İspaniya Kuboku
1/4 final
23 yanvar
Selta – Real Sosyedad 1:2
Qollar: De le Torre, 90+2 – Oyarsabal, 2. Bekker, 66.
24 yanvar
Malyorka – Jirona 3:2
Qollar: Larin, 21. Prats, 28; 35 – Stuani, 68-pen. Savio, 90+6.
Atletik – Barselona 4:2
Qollar: Quruseta, 1. Sanset, 49. İ.Uilyams, 105-2. N.Uilyams, 120+1 – Levandovski, 26. Yamal, 32.
25 yanvar
00:00. Atletiko – Sevilya


