“Jirona” 19 yaşlı braziliyalı mərkəz müdafiəçisi Vitor Reysi “Mançester Siti”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Jirona”nın mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Vitor Reys “Palmeyras”ın məzunudur. 2025-ci ilin yanvar ayında “Mançester Siti” Vitor Reysin “şəhərlilər”in düşərgəsinə keçidi müqabilində “Palmeyras”a 37 milyon avro məbləğində ödəniş edib.
Vitor Reysin “şəhərlilər”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Reys “Mançester Siti” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.
Vitor Reys Braziliyanın U-16 və U-17 komandalarına cəlb edilib, “selesao”nun əsas komandasına isə çağırış hələ almayıb.
Vitor Reys perspektivli müdafiəçi sayılır. Gənc Vitor böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.



