“Yuventus”un portuqaliyalı cinah müdafiəçisi Joao Mario bundan sonra İtaliyanın digər klubu “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı portuqaliyalı müdafiəçi 2026/2027-ci il mövsümünün sonunadək icarə əsasında “Fiorentina”da çıxış edəcək. Müqavilədə sonradan futbolçunun transfer hüquqlarının alınması da nəzərdə tutulub.
Joao Mario 2025-ci ilin yayında Portuqaliyanın “Portu” klubundan 12 milyon avro müqabilində “Yuventus”a transfer olunub. O, Turin klubunun əsas komandasının heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Mario ötən mövsümün ikinci yarısını icarə əsasında “Bolonya”da keçirib. Müdafiəçi bu komandanın heyətində 15 oyunda meydana çıxıb və 2 qol vurub.
Joao Mario 2023-cü ildə debüt etdiyi Portuqaliya yığmasının heyətində 3 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


