“Vulverhempton”un mərkəz yarımmüdafiəçisi Joao Qomes bundan sonra İngiltərənin digər klubu “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Aston Villa” 25 yaşlı braziliyalı futbolçunun transferi üçün 40 milyon avro ödəyib. Tərəflər arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, tam adı Joao Vitkor Qomes da Silva olan mərkəz yarımmüdafiəçisi Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2023-cü ilin yanvar ayında 18,7 milyon avro müqabilində “Flamenqo”dan “Vulverhempton”a keçmişdi. Qomes Premyer Liqa təmsilçisinin heyətində 130 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi 2024-cü ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 10 oyuna çıxıb. 24 yaşlı futbolçu bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı braziliyalı futbolçunun transferi dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.



