Jordi Paulina “Borussiya”nı bu kluba dəyişdi

Almaniyanın “Borussiya” (Dortmund) klubunun mərkəz hücumçusu Jordi Paulina Bundesliqa təmsilçisindən ayrılaraq “Fortuna”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə Düsseldorf təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

2-ci Bundesliqada çıxış edən “Fortuna” bu transfer üçün “Borussiya”ya 400 min avro ödəyib. 21 yaşlı futbolçu müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Paulina “Fortuna”da 27 nömrəli forma ilə çıxış edəcək.

Jordi Paulina Niderlandın “Utrext” klubunun yetirməsidir. “Herkules”də də oynamış gənc forvard “Borussiya”ya 2024-cü ilin yayında azad agent kimi qoşulmuşdu. O, Dortmund klubunun əsas komandasında cəmi 1 oyun keçirib. Paulina cari mövsümdə “Borussiya”nın ikinci komandasında 11 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

21 yaşlı futbolçu 2025-ci ildən Kurasao millisinin formasını geyinir. O, milli komandanın heyətində 2 oyuna çıxıb, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: