Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi, təcrübəli portuqal mütəxəssis Joze Mourinyo istefaya göndərilib.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasındakı müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Türkiyə nəhəngi tanınmış mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
Xatırladaq ki, Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbağça”nın sükanı arxasına keçmişdi. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. O, “Fənərbağça”nı bütövlükdə 62 oyuna çıxarıb, 37 qələbə, 14 heç-heçə, 11 məğlubiyyət görüb. Mourinyonun istefasına komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.
Joze Mourinyo karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nı çalışdırıb.


