“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya qarşı keçirdikləri oyunun hakimlərindən narazı qalıb.
Arena.az xəbər verir ki, o, oyunsonrası penaltilər seriyasında məğlubiyyətindən sonra özünəməxsusluğu ilə diqqət çəkib.
“Mən demişdim ki, biz buradan ya qənimətlə, ya da ölü gedəcəyik. Olsun, biz ölüyük. Biz fiziki olaraq ölümünə yorulmuşuq, mənən ölümünə yorulmuşuq. Ölüyük, çünki düşünürük ki, bu, bir çox mübahisəli hadisələrlə əlamətdar olan ədalətsiz məğlubiyyətdir. Bu, hakimi ispan görünən, gərgin, cəsarətli, parlaq oyun idi. Ədalətsizlik o amildə özünü göstərir ki, Lamela ikinci sarı vərəqəni almalı idi, amma bu, baş vermədi və o, penaltini gerçəkləşdirdi”.
Xatırladaq ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” Avropa Liqasının finalında “Sevilya”ya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olaraq (əsas və əlavə vaxt: 1:1) “gümüş”lə kifayətlənib.
“Sevilya” isə yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.
Bu məğlubiyyətlə Mourinyonun avrokubok finallarındakı ardıcıl beş qələbədən ibarət rekordu qırılıb.