Jül Kunde: “DÇ-də 3-cü yer uğrunda oyun keçirilməməlidir”

Fransa millisinin müdafiəçisi Jül Kunde dünya çempionatlarında üçüncü yer uğrunda keçirilən matçların ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Arena.az xəbər verir ki, Fransanın DÇ-2026-nın bürünc medal uğrunda görüşdə İngiltərəyə 4:6 hesabı ilə məğlub olmasından sonra danışan futbolçu ilk hissədə komandasının çox zəif çıxış etdiyini etiraf edib.

“Birinci hissəni çox, çox pis keçirdik. Bunun bir neçə səbəbi var idi. İkinci hissədə daha yaxşı oynadıq, çoxlu qol vəziyyətləri yaratdıq, amma bu kifayət etmədi. İkinci məğlubiyyəti aldığımız və məşqçimizi qələbə ilə yola sala bilmədiyimiz üçün hamımız məyusuq”.

Jül Kunde ən böyük məyusluğun finala yüksələ bilməmək olduğunu vurğulayıb və üçüncü yer uğrunda oyunun keçirilməsinə ehtiyac görmədiyini bildirib:

“Ən çox heyfsiləndiyim məqam finala çıxa bilməməyimizdir. Bu, çox çətin matçdır. Şəxsən mən hesab edirəm ki, belə oyun ümumiyyətlə keçirilməməlidir. Çünki bütün hazırlığını yalnız final üçün edirsən və həmin məqsədə çata bilməyəndən sonra meydana çıxmaq çox çətindir. Bununla belə, biz daha yaxşı çıxış etməli idik. Ümumilikdə yaxşı təsir bağışladıq və azarkeşlər komandamızın oyunundan zövq aldılar. Amma bu sonluq acı təəssürat yaratdı”.

Qeyd edək ki, İngiltərəyə məğlubiyyətdən sonra Fransa Futbol Federasiyası Didye Deşamın milli komandanın baş məşqçisi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb. Təcrübəli mütəxəssis Fransa millisini 2012-ci ildən çalışdırırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: