“Kəpəz” “Pelikan”la yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama matçı keçirəcək.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi “Pelikan” komandası ilə qarşılaşacaq.

Sabah Gəncə şəhərində baş tutacaq oyuna saat 17:30-da start veriləcək.

Xatırladaq ki, “Kəpəz” bu yay artıq üç yoxlama oyununda qüvvəsini sınayıb. Gəncə təmsilçisi əvvəlki yoxlama görüşlərində “Turan Tovuz”a 0:4, “Şamaxı”ya 1:2 hesabı ilə uduzub, Küveytin “Əl-Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: