Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in 2024/2025 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Adil Şükürovun çalışdırdığı komanda iyunun 29-dan məşqlərin əsas hissəsi üçün bir araya gələcək. Çalışmalar Gəncədə olacaq. Hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Bura fiziki və texniki-taktiki məşqlər daxildir.
Yeni mövsümə hazırlıq dövründə komanda yoxlama oyunları da keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Gəncə təmsilçisi yeni mövsümün hazırlığına iyun ayının 22-dən etibarən başlayıb.
Xatırladaq ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 35 xalla 9-cu yeri tutub.


