Mərakeş əsilli ispaniyalı futbolçu Kərim L’Kuça bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Kərim L’Kuça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb. Sağ cinah vingeri olan Kərim sözügedən komandanın heyətində meydana çıxdığı 25 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Ximnastik” və “Terrassa” kimi klubların da formasını geyinib.
“Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”) və Paulo Rojerionu (“Lenk”, Portuqaliya) da heyətinə qatmışdı. Yeqor Xvalko isə Gəncə klubu ilə yeni müqaviləyə imza atıb. Əvəzində Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall bu komandanı tərk ediblər.


