Kamada azad agent kimi “Milan”a keçəcək

Ayntraxt”ın yapon yarımmüdafiəçisi Daiti Kamada mövsümün bitməsi ilə azad agent qismində “Milan”a keçəcək.

Arena.az jurnalist Canluka Di Marsionun internet saytına istinadən xəbər verir ki, “Milan” Kamada ilə 4 illik müqavilə bağlayacaq.

Yapon futbolçu İtaliya klubunda ilinə 3 milyon avro əməkhaqqı alacaq.

Bildirilir ki, yapon xavbekin təmsilçiləri bu yaxınlarda “rossonyeri”nin rəhbərliyi ilə görüşüblər. “Milan”ın rəsmi bəyanatı isə yaxın zamanlarda gözlənilir.

Cari mövsümdə Kamada “Ayntraxt”ın heyətində 46 oyuna çıxıb, 16 qol vurub, 7 məhsuldar ötürmə edib. O, 2017-ci ildən formasını geyindiyi Frankfurt təmsilçisində bütövlükdə 178 oyun keçirib, 40 qol və 33 assistlə yadda qalıb. 26 yaşlı futbolçu Yaponiya millisində də 28 matça çıxıb, 6 qol vurub.

“Transfermarkt” internet-portalı Kamadanı 30 milyon avro məbləğində dəyərləndirir.

Yeri gəlmişkən, bir müddət əvvəl “Milan”ın daha bir hücumameylli yarımmüdafiəçi ilə müqavilə bağlamaq niyyətində olduğu haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: