Kamal Umudlu “Dinamo” – “Aluminiy” matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Kamal Umudlu Avropa Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Kamal Umudlu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin çərçivəsində keçiriləcək “Dinamo” (Tirana, Albaniya) ilə “Aluminiy” (Sloveniya) arasındakı cavab qarşılaşmasının baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandaların ötən həftə Sloveniyada baş tutmuş ilk görüşündə qalib müəyyənləşməyib – 1:1. Bu üzdən də bütün suallara məhz cavab görüşündə aydınlıq gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: