Azərbaycanlı hakim Kamal Umudlu 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, AÇ-2027-nin seçmə mərhələsində İsveç və Şimali Makedoniyanın U-21 yığmaları arasında keçiriləcək oyunun hakimlər briqadası açıqlanıb. Qarşılaşmanı azərbaycanlı baş hakim Kamal Umudlu idarə edəcək. Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Əli Əliyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
E qrupunun növbəti oyununda İsveç yığması Şimali Makedoniya ilə qarşılaşacaq. Görüş bu gün İsveçin Falkenberq şəhərindəki “Falcon Alkoholfri Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Qrupda hazırda Polşa U-21 yığması 27 xalla liderdir. İtaliya 24 xalla ikinci, Monteneqro 11 xalla üçüncü, İsveç 10 xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 7 xalla beşinci, xalsız olan Ermənistan isə sonuncudur.


