Kamal Umudlu “Ordabası” – “Dinamo” matçına təyinata aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümününün oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Umudlu UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: